Osteoporoz xəstəliyinin başqa bir adı sümük əriməsidir. Yəni sümüyün mineral elementlərində azalma, sümük kütləsində bir itki başlayır və bunu əhatə edən bir tibbi termindir. Dünya əhalisi yaşlandıqca osteoporoz qlobal bir pandemiya halına gəlir. Osteoporoz xəstəliyinin əlamətləri çox çeşidlidir. Amma ən böyük əlaməti simptomsuz seyr etməsidir. Bizim daha çox rast gəldiyimiz şikayət sınıqlardır və bud sümüyünün başında, onurğa fəqərələrimizdə baş verən müxtəlif sınıqlar araşdırılan zaman xəstənin çoxdan osteoporoz xəstəsi olduğunu görürük. Şikayətləri çox çeşidlidir, genişdir. Sınıqlara…
Osteoporoz və ya sümük əriməsi bütün yaş qruplarında görülə bilir. Bizim daha çox hədəf kontingentimiz menopauzadan sonrakı dövrdə olan qadınlardır. Post-menopauzal osteoporoz adı ilə bilinən bir xəstəlik nozologiyası var. Amma təbii ki, bütün yaş qruplarında mümkündür. Xüsusən, uşaqlar və ya gənclər arasında baş verən osteoporoz xəstəliyi çox ciddi endokrinoloji araşdırma tələb edir. Çünki burada cinsiyyət vəzi xəstəlikləri, zəhərli zob dediyimiz hipertiroidizm vəziyyəti ön planda ola bilər. Bundan başqa kişilərdə də ola bilər. Osteoporoz xəstəliyi daha…
Sümük ağılarının səbəbləri müxtəlifdir. Bu səbəblər içərisində mühüm bir qismi də endokrinoloji səbəblər tutur. Bunların içərisində ən başlıcası osteoporozdur.Osteoporoz simptomsuz bir xəstəlikdir. Asimptomatik gedişli osteoporoz birdən sınıqlarla qarşımıza çıxa bilər. Sümük sınıqları olan xəstələrdə mütləq osteoporoz xəstəliyi ağla gəlməlidir. Bundan başqa müxtəlif oynaq xəstəlikləri, qaraciyər, böyrək xəstəlikləri, qalxanvari vəzin xəstəliklərə, xüsusən zəhərli zob dediyimiz tireotoksikoz halları, akromeqaliya xəstəliyi, Kuşinq xəstəliyi kimi bənzəri endokrinoloji, adrenal qaynaqlı problemlər, sümük ağrılarına, sümük sınıqlarına və müxtəlif oynaq ağrılarına səbəb…