Osteoporoz və ya sümük əriməsi bütün yaş qruplarında görülə bilir. Bizim daha çox hədəf kontingentimiz menopauzadan sonrakı dövrdə olan qadınlardır. Post-menopauzal osteoporoz adı ilə bilinən bir xəstəlik nozologiyası var. Amma təbii ki, bütün yaş qruplarında mümkündür. Xüsusən, uşaqlar və ya gənclər arasında baş verən osteoporoz xəstəliyi çox ciddi endokrinoloji araşdırma tələb edir. Çünki burada cinsiyyət vəzi xəstəlikləri, zəhərli zob dediyimiz hipertiroidizm vəziyyəti ön planda ola bilər. Bundan başqa kişilərdə də ola bilər. Osteoporoz xəstəliyi daha çox irəli yaşlıların xəstəliyi olaraq bilinməkdədir.