Osteoporoz nədir və əlamətləri nələrdir?

Osteoporoz xəstəliyinin başqa bir adı sümük əriməsidir. Yəni sümüyün mineral elementlərində azalma, sümük kütləsində bir itki başlayır və bunu əhatə edən bir tibbi termindir. Dünya əhalisi yaşlandıqca osteoporoz qlobal bir pandemiya halına gəlir. Osteoporoz xəstəliyinin əlamətləri çox çeşidlidir. Amma ən böyük əlaməti simptomsuz seyr etməsidir. Bizim daha çox rast gəldiyimiz şikayət sınıqlardır və bud sümüyünün başında, onurğa fəqərələrimizdə baş verən müxtəlif sınıqlar araşdırılan zaman xəstənin çoxdan osteoporoz xəstəsi olduğunu görürük. Şikayətləri çox çeşidlidir, genişdir. Sınıqlara səbəb olan osteoporoz önəmli əlilliyin səbəbi olaraq bilinən ciddi endokrinoloji bir xəstəlikdir.

Paylaş