Osteoporoz adətən asimptomatik, yəni şikayətsiz seyr edən bir xəstəlikdir. Sınıqlar meydana çıxana qədər, osteoporozun əhali arasında bilinməsi və müraciət səbəbi olmur. Bu, xüsusən, yaşlı əhali menopauzadan sonrakı dövrdə qadınlar arasında çox bilinən bir xəstəlik olsa da, kişilər arasında da mövcuddur. Müəyyən olunub ki, prostat konserində üç dəfə çox rast gəlinən osteoporoz xəstəliyi sümük sınıqların önəmli səbəbi olaraq 70 yaşdan yuxarı kişilərdə xəstəxanaya müraciət, bel ağrıları üzrə xüsusi müraciətlərin əsas səbəblərindən biridir.Çeşidli səbəbləri var ostoporozun.Əlamətləri daha çox artmış sümük sınığı riskidir. Sümük sınığı isə irəli zamanlarda hərəkət məhdudluğu, şikəstliyin,əlilliyin səbəbi olaraq bilinməkdədir. Mütləq şəkildə hormonal səbəblər, endokrin problemlər, tez-tez baş verən sınıqlar zamanı osteoporoz xəstəliyi araşdırılmalıdır. Bunun xüsusi laborator, xüsusi radioloji diaqnostokası var. Müəyyən olunan hallarda isə bu xəstədə birmənalı şəkildə əgər sınıq yoxdursa, mütləq şəkildə ömrü boyu endokrinoloq nəzarəti tələb olunan bir xəstəlikdir.