Dr. Hidayət Məmmədzadə

Qalxanabənzər (tireoid) vəzi xəstəlikləri

Müalicə istiqamətitiroid.org19 məqalə

Orqanizmin iş qüvvəsinin artıb-azalması qalxanabənzər vəzin ifraz etdiyi hormonların miqdarı ilə birbaşa əlaqəlidir. Tibb elmində qalxanabənzər vəzin sekresiyasının artması halı hipertireoz, azalması hipotireoz, dəyişməz qalması isə eutireoz adlanır və xəstəlik hesab olunur.

Qalxanabənzər vəzinin iltihab və xərçəngdən savayı digər səbəblərdən böyüməsinə zob və ya ur deyilir. Elmi cəhətdən zob ayrıca bir xəstəlik deyil. O daha çox vəzin böyüməsini ifadə edən əlamət yaxud simptomdur. Qalxanabənzər vəzin hər xəstəliyində zob olmur və ya ona zob deyimir.

Hər bir qalxanabənzər vəzi xəstəliyinin öz elmi-tibbi izahı və adı mövcuddur. Lakin zob xalq arasında qalxanvarı vəzin bütün xəstəliklərinə verilən ümumi ad olaraq istifadə edilir. Qeyd etdiyimiz kimi, tibbi cəhətdən zob dedikdə qalxanvarı vəzin böyüməsi nəzərdə tutulur.

Xidmət sahələrmizdən biri olan qalxanabənzər vəzin xəstəliklərinin müalicəsi dünya standartlarına uyğun şəkildə hərtərəfli müayinə edilərək həyata keçirilir. Xəstələrdə diaqnozun dəqiqləşdirilməsi üçün bütün lazımi hormon profili və antitellər yoxlanılır, həmçinin ultrasəs müayinəsi aparılır. Zəruri hallarda əlavə müayinələr, boyun nahiyəsinin tomoqrafiyası, sintiqrafiya, qalxanabənzər vəzin incə iynə aspirasion biopsiyası və s., həyata keçirilir. Daha sonra uyğun müalicə taktikası müəyyən edilir və xəstələr mütəmadi nəzarət altında müalicə edilir. Xəstələrə problemin mahiyyəti izah olunur, xəstəlik barəsində ətraflı məlumat verilir.

Məqalələr

Bu mövzuda yazılar

Tireoid vəzi

Uşaqlarda qalxanabənzər vəzi xəstəlikləri: Erkən diaqnostikanın əhəmiyyəti

Təbii ki, bütün yaş qruplarında və həmçinin də pediatrik yaş dövründə, yəni uşaqlarda qalxanabənzər vəzi xəstəliklərinə rast gəlinə bilər. Amma…

Oxu
Tireoid vəzi

Zob xəstəliyi qalxanabənzər vəzinin xərçəng olmayan böyüməsidir

Qalxanabənzər vəzidə onkoloji problemin baş verməsi üçün bir xərçəngönü xəstəliyin olması lazımdır. Bu ad altında adətən vəzidə olan düyünlər başa…

Oxu
Tireoid vəzi

Zob xəstəliyinin 3 müalicə üsulu var

1. Dərman müalicəsi Dərman müalicəsi hormon tarazlığının pozulması vaxt edilməlidir?. Əgər qalxanabənzər vəzinin hormon profilində yetərsizlik…

Oxu

Necə işləyir

Müayinədən
müalicəyə

Müayinə və analizlər

Şikayətlər dinlənilir, hormonal analizlər və lazım olduqda ultrasəs müayinəsi təyin edilir.

Diaqnozun dəqiqləşdirilməsi

Nəticələr qiymətləndirilir; tələb olunanda əlavə müayinə — biopsiya, densitometriya, görüntüləmə — aparılır.

Fərdi müalicə planı

Müalicə xəstənin yaşı, digər xəstəlikləri və həyat tərzi nəzərə alınmaqla seçilir və nəzarətdə saxlanılır.