Dr. Hidayət Məmmədzadə

Lipid metabolizması və xolesterin mübadiləsi xəstəlikləri

Müalicə istiqamətixolesterin.az

Qan yağlarının səviyyəsinə tam spektrdə baxmaq vacibdir. Bu zaman yanaşı xəstəliklər, ürək-damar sisteminin vəziyyəti, yaş və irsiyyət anamnezi mütləq nəzərə alınmalıdır. Müalicəyə fərdi yanaşmaq lazımdır. İlkin mərhələdə pəhriz, fiziki aktivlik və çəki azaldılmasına yönəlmiş tədbirlər görülməlidir. Eyni zamanda siqaret kimi zərərli vərdişlərdən imtina da müalicədə mühüm rol oynayır. Əgər bu motivasiyaedici müalicə-profilaktik tədbirlər nəticə verməzsə, o zaman antiaterosklerotik müalicəyə başlanmalıdır. Qeyd etmək lazımdır ki, bu müalicə yalnız xolesterin səviyyəsinin endirilməsini hədəfləməməlidir.

Antiaterosklerotik müalicə mövcud ürək-damar patologiyasında ağrlaşmaların qarşısını almaq və gələcək xəstəlik riskini minimuma endirmək üçün yalnız mütəxəssis tərəfindən aparılmalıdır. Bu zaman dərman dozasının düzgün seçilməsi və müalicənin arzuedilməz təsirlərindən qorunmaq üçün daimi nəzarət tələb olunur. Çünki əksər hallarda xəstələrə müalicə ömürlük təyin olunur. Qida maddələrinin böyük bir qisiminin tərkibinə əhəmiyyətli dərəcədə lipid daxildir və onun miqdarı yağlı yeməklərdə, xüsusən ət məhsullarında olduqca çoxdur. Bir insanın gündəlik menyusunda 15-30 qrama qədər lipid olmalıdır. Qidalanma ilə alınan yağ turşularından ən geniş yayılanları oleik, palmitik, linoleik və ekozapentaoneik turşularıdır. Dislipdemik xəstələrdə adətən heç bir simptom müşahidə edilmir. Buna görə də yaş, cins, erkən (kişilərdə 55 yaşdan, qadınlarda 65 yaşdan əvvəl) aterosklerotik xəstəliklərin (infarkt, insult və s.) ailə anamnezində olması, siqaret, hipertoniya, şəkərli diabet kimi risk faktorları nəzərə alınmalıdır. Bu xüsusiyyətlərə malik insanların erkən dövrlərdən mütəmadi skrininq və nəzarətə götürülməsi məqsədəuyğundur. Birincili və ikincili hiperlipidemiyalarda birinci adətən irsiyyətdən qaynaqlanır və çox vaxt ailəvi olur. Onun müxtəlif tip poligenik hiperxolesterinemiya, izolə edilmiş hipertriqliseridemiya, kombinə edilmiş hiperlipidemiya, familiyal disbetalipoproteinemiya, mikst dislipdemiya kimi əsas növləri var. İkincili dislipidemiyalar adətən, qidalanma pozuntusu və digər xəstəliklərlə əlaqədar olur. Bu xəstəliklər sırasında hipotireodizm, xroniki böyrək və qaraciyər xəstəlikləri, Kuşinq sindromu, qlikogen depo xəstəlikləri, piylənmə, şəkərli diabet, podaqra, lipodistirofiyalar, alkoqolizmi qeyd etmək olar. Bu kimi ikincili dislipidemiyalarda xəstəliyin səbəblərini aradan qaldırmağa yönəlmiş müalicə tədbirləri əsas götürülməlidir. İkincili dislipidemiyaların bəzi hallarda səbəbi tiyazid qrupuna aid sidikqovucular (diuretiklər), steroid tərkibli dərman preparatları və ya genetik meyillilik ola bilər. Bu hal xüsusilə hamiləliyin ikinci trimestrində daha çox triqliseridlərin artmasında özünü göstərir və doğuşdan sonra adətən öz-özünə normallaşır.

Xidmət sahəmizə aid olan lipid metabolizmi və xolesterin mübadiləsi pozuntuları birincili və ikincili səbəbləri nəzərə alınmaqla tam şəkildə araşdırılır, hipolipidemik pəhriz, protokola uyğun dərman müalicəsi tətbiq olunur və bu xəstələr mütəmadi nəzarətdə saxlanılır.

Necə işləyir

Müayinədən
müalicəyə

Müayinə və analizlər

Şikayətlər dinlənilir, hormonal analizlər və lazım olduqda ultrasəs müayinəsi təyin edilir.

Diaqnozun dəqiqləşdirilməsi

Nəticələr qiymətləndirilir; tələb olunanda əlavə müayinə — biopsiya, densitometriya, görüntüləmə — aparılır.

Fərdi müalicə planı

Müalicə xəstənin yaşı, digər xəstəlikləri və həyat tərzi nəzərə alınmaqla seçilir və nəzarətdə saxlanılır.