Sümük ağılarının səbəbləri müxtəlifdir. Bu səbəblərin mühüm bir qismi endokrinoloji səbəblərdir. Bunların içərisində ən başlıcası osteoporozdur. Osteoporoz simptomsuz bir xəstəlikdir. Asimptomatik gedişli osteoporoz birdən sınıqlarla qarşımıza çıxa bilər. Sümük sınıqları olan xəstələrdə mütləq osteoporoz xəstəliyi ağla gəlməlidir. Bundan başqa müxtəlif oynaq xəstəlikləri, qaraciyər, böyrək xəstəlikləri, qalxanvari vəzinin xəstəlikləri, xüsusən zəhərli zob adalanan tireotoksikoz halları, akromeqaliya xəstəliyi, Kuşinq xəstəliyi kimi oxşar endokrinoloji, adrenal qaynaqlı problemlər, sümük ağrılarına, sümük sınıqlarına və müxtəlif oynaq ağrılarına səbəb ola bilər. Bir də şəkərli diabetli xəstələrdə neyropatik ağrılar olur ki, uzunmüddətli, yüksək şəkərə bağlı sinirlərdə zədələnmə nəticəsində yaranır və xəstələr tərəfindən sümük ağrıları kimi ifadə oluna bilər, qarışdırıla bilər. Bu baxımdan xəstənin diqqətli və ətraflı araşdırılması vacibdir.
Sümük ağrılarının səbəbi nə zaman endokrinoloji ola bilər?
Sümük ağılarının səbəbləri müxtəlifdir.

Dr. Hidayət Məmmədzadə
Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.
Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.
Həkim haqqında ətraflıOxumağa davam edin
Bu mövzuda başqa yazılar
Osteoporozun yaranmasında əsas risk faktorları hansılardır?
Osteoporoz sümük sıxlığının azalması və sümük toxumasının kövrəkləşməsi ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu proses sümüklərin asanlıqla…
OxuOsteoporoz xəstələrinin əsas şikayəti nədir?
Osteoporoz sümük toxumasının sıxlığının azalması və kövrəkləşməsi ilə xarakterizə olunan xroniki skelet xəstəliyidir. Bu xəstəlik uzun müddət simptomsuz…
OxuOsteoporozun əlamətləri hansılardır?
Osteoporoz adətən asimptomatik, yəni şikayətsiz seyr edən bir xəstəlikdir. Sınıqlar meydana çıxana qədər, osteoporozun əhali arasında bilinməsi və müraciət…
Oxu