Metabolik sümük xəstəlikləri və osteoporoz

Sümüklər endokrin orqan olmaqla həm mexaniki, həm də əhəmiyyətli metabolik funksiyalara sahibdir.

Osteoporoz sümük kütləsinin azalması və sümük toxumasının zəifləməsi ilə gedən xroniki, proqressiv skelet xəstəliyidir. Sümüklər kövrəkləşdiyi üçün yüngül yıxılma da sınıqla nəticələnə bilər. Xəstəlik adətən şikayətsiz gedir — çox vaxt ilk sınığa qədər bilinmir.

Osteoporoz niyə yaranır?

Sümük sıxlığı 30 yaşdan sonra azalmağa başlayır, 50 yaşdan sonra isə ərimə sürətlənir. Qadınlarda risk daha yüksəkdir: menopauzada sümük toxumasını qoruyan estrogenin səviyyəsi azalır və rezorbsiya artır.

D vitamini çatışmazlığında kalsiumun sorulması azalır, paratireoid hormonu yüksəlir və kalsium sümükdən qana keçir — sıxlıq bununla da aşağı düşür.

Müalicə nə verir?

Erkən diaqnoz sümük sıxlığını qorumağa və sınıqların qarşısını almağa imkan verir. Bifosfonatlar, denosumab və kalsitonin rezorbsiyanı azaldır, romosozumab sümük yenilənməsini stimullaşdırır.

Dərmanla yanaşı kalsium və D vitamini qəbulu, məşq, gəzinti və yıxılmadan qorunma müalicənin bir hissəsidir. Sınıq olmadıqda belə xəstəlik ömür boyu endokrinoloq nəzarəti tələb edir.

Risk faktorları

Osteoporoz riskini nə artırır?

Yaş və cinsiyyət

Sıxlıq 30 yaşdan sonra azalır, 50 yaşdan sonra ərimə sürətlənir. Menopauzadan sonrakı qadınlar əsas risk qrupudur.

İrsi meyillilik

Valideynlərdən birində osteoporoz olduqda risk yüksəlir; Asiya və Avropa mənşəli insanlarda meyillilik daha çoxdur.

Kalsium və D vitamini çatışmazlığı

Həddən artıq duz və kofein, zülalla fosforun balanssız qəbulu da kalsium itkisini artırır.

Hormonal pozuntular

Menopauza, hipoqonadizm, tireotoksikoz və kortizolun yüksəlməsi rezorbsiyanı sürətləndirir.

Hərəkətsiz həyat tərzi

Ağırlıq daşıyan və müqavimət məşqləri sümük quruluşunu möhkəmləndirir; idman etməyənlərdə risk yüksəkdir.

Siqaret, alkoqol və bəzi dərmanlar

Nikotin kalsiumun mənimsənilməsini azaldır, alkoqol sümük metabolizmini pozur; kortikosteroidlər də riski artırır.

Xəstəlik özünü necə göstərir?

Osteoporoz sınıqlar meydana çıxana qədər asimptomatik seyr edə bilər. Əsas şikayət ağrı və sınıqlardır: fəqərələrdəki mikro sınıqlar davamlı bel və kürək ağrısına səbəb olur, ağrı uzun oturduqda və ya ayaq üstə qaldıqda artır. Fəqərələrin çökməsi boyda qısalmaya, qamətin pozulmasına və kifoza gətirib çıxarır.

Ən çox zərər görən sümüklər bud sümüyü, onurğa fəqərələri və bilədir. Yaşlılarda bud sümüyü sınığı uzun yataq rejiminə, tromboz və ağciyər infeksiyalarına yol aça bilər.

Müayinə

Diaqnoz necə qoyulur?

DXA — sümük mineral sıxlığı

Onurğa və bud sümüyünün sıxlığını ölçür. T ≥ -1.0 normal, -1.0 ilə -2.5 arası osteopeniya, T ≤ -2.5 osteoporoz sayılır.

Biokimyəvi markerlər

Kalsium və fosfor, 25(OH)D, paratireoid hormonu, osteokalsin və C-telopeptid mübadiləni göstərir.

Rentgen, MRT və KT

Rentgen son mərhələlərdə sümüyün incəlməsini göstərir; MRT və KT vertebral sınıqları detallı göstərir.

FRAX risk hesablaması

Ümumdünya Səhiyyə Təşkilatının hesablama üsulu sınıq riskini qiymətləndirir.

Müayinə anamnezlə başlayır: ailə anamnezi, qidalanma, fiziki aktivlik, vərdişlər, dərmanlar və hormonal vəziyyət nəzərdən keçirilir.

Məqalələr

Bu mövzuda
yazılar

Osteoporozdan qorunmaq üçün nə etmək lazımdır?

Osteoporozdan qorunmaq üçün nə etmək lazımdır? Osteoporoz sümüklərin sıxlığının azalması və onların kövrəkləşməsi ilə xarakterizə olunan xəstəlikdir. Bu…

Oxu

Digər metobolik sümük xəstəlikləri

Başqa hansı metabolik sümük xəstəlikləri var? Metabolik sümük xəstəlikləri sümük toxumasının maddələr mübadiləsindəki zədələnməsi nəticəsində yaranır. Bu…

Oxu

Osteoporozun ortaya çıxmasında vitamin D əskikliyi şərtdirmi?

Osteoporoz sümük toxumasının sıxlığının azalması və sümüklərin kövrəkləşməsi ilə xarakterizə olunan xəstəlikdir. Bu patoloji prosesdə müxtəlif amillər rol…

Oxu

Osteoporoz diaqnostikasında vacib məqamlar hansılardır?

Osteoporoz diaqnostikasında vacib məqamlar Osteoporoz sümük toxumasının sıxlığının azalması və sümüklərin kövrəkləşməsi ilə xarakterizə olunan xroniki…

Oxu

Osteoporoz xəstəliyinin fəsadları nə ola bilər?

Osteoporoz sümük toxumasının sıxlığının azalması və kövrəkləşməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bu proses nəticəsində sümüklər daha asan sınır və…

Oxu

Osteoporozun yaranmasında əsas risk faktorları hansılardır?

Osteoporoz sümük sıxlığının azalması və sümük toxumasının kövrəkləşməsi ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu proses sümüklərin asanlıqla…

Oxu

Osteoporoz xəstələrinin əsas şikayəti nədir?

Osteoporoz sümük toxumasının sıxlığının azalması və kövrəkləşməsi ilə xarakterizə olunan xroniki skelet xəstəliyidir. Bu xəstəlik uzun müddət simptomsuz…

Oxu

Sümük ağrılarının səbəbi nə zaman endokrinoloji ola bilər?

Sümük ağılarının səbəbləri müxtəlifdir. Bu səbəblərin mühüm bir qismi endokrinoloji səbəblərdir. Bunların içərisində ən başlıcası osteoporozdur. Osteoporoz…

Oxu

Osteoporozun əlamətləri hansılardır?

Osteoporoz adətən asimptomatik, yəni şikayətsiz seyr edən bir xəstəlikdir. Sınıqlar meydana çıxana qədər, osteoporozun əhali arasında bilinməsi və müraciət…

Oxu

Osteoporoz nədir və əlamətləri nələrdir?

Osteoporozun tərifi Osteoporoz, sümük kütləsinin azalması və sümük toxumasının zəifləməsi ilə xarakterizə olunan, sümük qırılmaları riskini artıran xroniki və…

Oxu

Osteoporoz hər kəsdə olurmu?

Osteoporoz və ya sümük əriməsi bütün yaş qruplarında görülə bilir. Bizim daha çox hədəf kontingentimiz menopauzadan sonrakı dövrdə olan qadınlardır…

Oxu

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Həkimə sual verin və ya qəbula yazılın

Baku Medical PlazaM.Rəfili və R.Behbudov küçələrinin kəsişdiyi 389-cu məhəllə, Nəsimi rayonu, Bakı.