
Şəkərli diabetdə cinsi həyatı normal davam etdirmək üçün nələrə diqqət etməliyəm?
Cinsi həyatı normal şəkildə davam etdirmək üçün qan şəkəri göstəricisini nəzarət altında saxlamaq çox vacibdir. Qısa müddətdə hipo və hiperqlisemiyaların qarşısını almaq cinsi həyatınızı dolayı yolla yaxşılaşdıra bilər. Uzun müddətdə qan şəkərinin düzgün idarə edilməsi diabet ilə bağlı ağırlaşmaların qarşısının alınmasına kömək edir və cinsi funksiyalarınızın normala qayıtmasını təmin edir. Bu o deməkdir ki, qanda şəkərinizi normal səviyyədə saxlamaq üçün dərman dozalarını və növlərini müəyyənləşdirməli və uyğun dozada insulin qəbul etməlisiniz. Uzun müddət davam edən hipoqlisemiya sizi yorğun sala bilər. Bu səbəbdən ereksiya problemi yaşaya bilərsiniz. Bundan əlavə, hiperqlisemiya qadın və kişi cinsiyyət orqanlarında göbələk infeksiyalarına yol aça bilər. Qadınlarda vaginal quruluq səbəbilə ağrı, qaşıntı olur, nəticədə isə cinsi istək azala bilər. Belə bir halla qarşılaşmısınzısa, mütləq həkiminizə müraciət edin.

