Qalxanabənzər vəzi xəstəliyi diaqnozu qoyduqdan sonra necə müalicə edilir?

Üç müalicə üsulu mövcuddur :

Qalxanabənzər vəzi xəstəliyi diaqnozu qoyduqdan sonra necə müalicə edilir?

1.Dərman müalicəsi – qalxanabənzər vəzin çatmayan hormonunu yerinəqoyucu,əvəzedici hormonal terapiya, yaxud əksinə hormon artıqlığı olduğu durumlarda antitiroid dərman müalicəsi.

2.Radioaktiv yod müalicəsi.

3.Cərrahi müalicə.

Bunlardan başqa, əminlikə qeyd edə bilərəm ki, digər təqdim olunan, reklam olunan hansısa türkəçarə, fitoterapiya,qida əlavələri və ya digər müalicə üsullarının müasir qalxanabənzər vəzin xəstəliklərinin müalicəsində və fundamental təbabətdə yeri yoxdur.

Qalxanabənzər vəzin xəstəliklərindən əziyyət çəkən xəstələr, verdiyi şikayətlərə rəğmən bir çox ixtisas sahibi həkimlərin – daxili xəstəliklərlə məşğul olan mütəxəssislərin, ginekoloqların, nevropatoloqların, kardioloqların, dermatoloqların, hətta psixiatrların və s. qəbulunda ola bilərlər. Amma bu xəstəliklərin müalicəsi daha çox endokrinoloq, göstəriş olduqda isə cərrah və nuklear tibb mütəxəsislərinin işidir. Çünki,bir çox hallarda ağırlaşmalarla qəbula gələn, vaxtında düzgün müayinə və müalicə planı seçilməmiş xəstələrlə kontakda olur,sonralar onları bu vəziyyətdən çıxarmaq üçün xeyli zaman sərf etməli oluruq.Qalxanvarı vəzin xəstəliklərindən müalicə olunan xəstələr, təyin olunacaq dərmanlara fasilə verməməli, vaxtında kontrollara gəlməli, müalicədə özfəaliyyətlə məşğul olmamalı, daimi həkim nəzarətində olmalıdırlar. Müalicə prosesi isə modern təbabətdə qəbul olunmuş xüsusi rəhbərliyə – Guidline və konsepsiyalara mütləq şəkildə əsaslanmalıdır.

Müalicədə üç vəziyyət ön plandadır:

1.Hormon çatışmazlığı olan zob xəstələrinə bu hormon dərman şəklində verilir. Bəlli aralıqlarla xəstə kontrollara gəlir, qan analizləri verir və adekvat, xəstəyə uyğun doza seçilir və əksər hallarda dərman qəbulu ömürlük verilməli və bunun mahiyyəti xəstələrə izah edilməlidir.

2.Hormon artıqlığı olan xəstələrə hormon sekresiyasının qarşısını ala biləcək dərmanlar verilir. Müalicəyə tabe olmayan hallarda, hormon səviyyəsi normala düşdükdən sonra əməliyyat və ya radioaktiv yod ilə müalicə edilir. Radioaktiv yod müalicəsi müasir təbabətdə toksiki zoblarda və qalxanbənzər vəzin xərçəngində əməliyyatdan sonra edilən çox gözəl və uğurlu nəticələrə müvəffəq olmağa səbəb olan müalicə üsuludur.

3.Hormonal dəyisiklik olmazsa, amma qalxanvari vəzdə böyük düyünlər olduğu vəziyyətlərdə, və ya xərçəng şübhəsi varsa, yaxud konservativ müalicəyə tabe olmayan, radioaktiv yod müalicəsinə əks göstəriş olduğu hipertireoz hallarında cərrahi əməliyyat qaçılmazdır

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Osteoporoz və sümük

Osteoporozun yaranmasında əsas risk faktorları hansılardır?

Osteoporoz sümük sıxlığının azalması və sümük toxumasının kövrəkləşməsi ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu proses sümüklərin asanlıqla…

Oxu
Osteoporoz və sümük

Osteoporoz xəstələrinin əsas şikayəti nədir?

Osteoporoz sümük toxumasının sıxlığının azalması və kövrəkləşməsi ilə xarakterizə olunan xroniki skelet xəstəliyidir. Bu xəstəlik uzun müddət simptomsuz…

Oxu
Osteoporoz və sümük

Sümük ağrılarının səbəbi nə zaman endokrinoloji ola bilər?

Sümük ağılarının səbəbləri müxtəlifdir. Bu səbəblərin mühüm bir qismi endokrinoloji səbəblərdir. Bunların içərisində ən başlıcası osteoporozdur. Osteoporoz…

Oxu