Şəkərli diabetin tipləri

Qəbul olunmuş beynəlxalq protokollara görə günümüzdə şəkərli diabet 4 ana başlıq altında təsnif olunur:

Tip 1 diabet.

Bu növ diabet xəstəliyi mütləq şəkildə insulin çatışmazlığı ilə xarakterizə olunur və həyat boyu insulin qəbulunu məcburi edir. Daha çox uşaqlar və gənclər arasında yayılıb.

Tip 2 diabet.

Diabetin ən geniş yayılmış növüdür. İnsulin müqaviməti səbəbilə yaranır və piylənmə səbəbindən qan şəkərinin yüksəlməsi ilə xarakterizə edilir. Ən çox 40 yaşdan yuxarı insanlarda meydana çıxan diabet tipidir.

Hamiləlik diabeti.

Bu növ diabet hamiləlik əsnasında meydana çıxan və sonradan adətən, ötüb gedən diabet tipidir. Bəzi hallarda hestasional diabet adı verilən xəstələr sonralar insulin müqavimətinə bağlı olaraq həyat boyu tip 2 diabet olaraq da davam edə bilərlər.

Spesifik diabet tipləri

Spesifik diabet tiplərinin içərisində 10-a yaxın fərqli alt tiplər var. Bunlardan müxtəlif genetik xəstəliklərə və sindromlara səbəb olan insulin hormonunun istehsalında genetik defektlərlə əlaqəli diabet tiplərini göstərmək olar.

Şəkərli diabetin səbəbləri çox müxtəlifdir. Onlardan ən əsası, əlbəttə ki, genetik faktor, yəni irsi meyillilikdir.

Yaxın qohumlarında şəkərli diabeti olan insanlar ciddi risk altındadırlar.

Günümüzdə şəkərli diabetin geniş yayılmasının səbəbi piylənmə və oturaq həyat tərzi hallarının artması, karbohidratlarla zəngin qidalanma, hipodinamiya, yəni fiziki aktivliyin aşağı düşməsinin böyük rolu vardır. Piylənmə insulin rezistentliyini artırdığı üçün qlükoza mübadiləsində problem yaranmasına və zamanla şəkərli diabetin ortaya çıxmasına səbəb olur.

Virus xəstəlikləri uşaq yaşlarında tip 1 diabetin digər bir səbəbləridir. Ümumiyyətlə, diabetin yaranmasında stimullaşdırıcı stres faktorunun rolunu da unutmaq olmaz. Müxtəlif diabet tiplərində dərman preparatlarının qəbulu, mədəaltı vəzi üzərində aparılan əməliyyatlar, onkoloji xəstəliklər və bəzən insulin hormonunda irsi ötürülən genetik defektləri də spesifik diabet tiplərinin meydana çıxmağına səbəb olur.

Hazırda diabet müasir tibb tərəfindən çoxsəbəbli polietioloji xəstəlik kimi klassifikasiya edilir.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Osteoporoz və sümük

Osteoporozun yaranmasında əsas risk faktorları hansılardır?

Osteoporoz sümük sıxlığının azalması və sümük toxumasının kövrəkləşməsi ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu proses sümüklərin asanlıqla…

Oxu
Osteoporoz və sümük

Osteoporoz xəstələrinin əsas şikayəti nədir?

Osteoporoz sümük toxumasının sıxlığının azalması və kövrəkləşməsi ilə xarakterizə olunan xroniki skelet xəstəliyidir. Bu xəstəlik uzun müddət simptomsuz…

Oxu
Osteoporoz və sümük

Sümük ağrılarının səbəbi nə zaman endokrinoloji ola bilər?

Sümük ağılarının səbəbləri müxtəlifdir. Bu səbəblərin mühüm bir qismi endokrinoloji səbəblərdir. Bunların içərisində ən başlıcası osteoporozdur. Osteoporoz…

Oxu