Şəkərli diabet xəstələrinə məsləhətlər

-Diabet diaqnozu öz təsdiqini tapıbsa, təklif edilən müalicə üsullarına (dərman yaxud insulin) və pəhrizə dəqiqliklə əməl edin.

-Dərmanlarınızı həkiminizdən soruşmadan dəyişməyin və ya kəsməyin.

-Diabet məktəbində dərslərə və kontrollara müntəzəm gəlin, təlimatlara dəqiq əməl edin, bilmədiklərinizi soruşun, qəbula gəlmədən öncə və unudulmasın deyə suallar barədə qeyd aparın.

-Nizamlı şəkildə qan şəkərinizi yoxlayın və qeyd edin.

-Altı ay fasilə ilə kardioloq müayinəsindən keçin.

-Ən geci ildə bir dəfə gözlərinizi müayinə etdirin.

-Fiziki fəallığı unutmayın, bu sağlamlığın üçün çox vacibdir.

-Əgər nəfəsalma zamanı çətinlik çəkirsinizsə, öskürürsünüzsə, mütləq döş qəfəsinin rentgen müayinəsindən keçin, çünki idarə edilməyən diabet ağciyər vərəminin inkişafına səbəb olur. Peyvəndə qarşı əks göstəriş yoxdursa, hər il qış aylarında qrip peyvəndi olunun.

-Türkəçarələr (fitoterapiya, bioloji aktiv əlavələr və s.) yaxud müasir elmi standartlara istinad olunmadan aparılan müalicələrlə qiymətli vaxtınızı itirməyin, qan şəkərinizi acqarına və toxqarına ölçun, qeydlərinizi həkiminizə göstərin, özünüzü işin mütəxəssisinə etibar edin.

-Müntəzəm şəkildə diş həkiminə gedərək müayinədən keçin.

-Ayaqlara qulluq diabet xəstələrində çox ciddi və incə yanaşma tələb edən məsələdir. Hər gün ayaqlarınızı ilıq su və sabunla yuyun, qurulayın.

-Dırnaqlarınızı uzun və düz kəsin, çalışın zədələməyin və pambıq corab, evdə tərlik, ortopedik ayaqqabı geyinin, ayaqlarınıza krem çəkin, sıyrıntı, yara, çat görsəniz dərhal həkimə müraciət edin. Diabetik pəncə problemi vaxtında aşkar və düzgün müalicə edilərsə, bu tam həllolunan məsələdir.

Şəkərli diabetli xəstələrin müalicəsində “Diabet məktəbi” mühüm yer tutur. Burada xəstələrə özünənəzarət, pəhriz, insulin müalicəsi zamanı diqqət edilməli olan məqamlar, qan şəkərinin ölçülməsi qaydaları, ayaqlara qulluq və s. öyrədilir. Biz diabet dərsləri zamanı əyani vəsaitlərdən də (slayd, videofilmlər və s.) istifadə edirik. Diabet dərslərinə gəlmək sizin üçün faydalıdır.  Çünki nəticədə şəkərli diabetin müalicəsi yuxarıda göstərilən şərtlərə əməl edən, xəstəliyinə biganə yanaşmayan, bu xəstəliyi və ağırlaşmaları anlayaraq yalnız mütəxəssis həkim-endokrinoloq nəzarəti altında etdirən şəxslərdə uğurlu ola bilər.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Osteoporoz və sümük

Osteoporozun yaranmasında əsas risk faktorları hansılardır?

Osteoporoz sümük sıxlığının azalması və sümük toxumasının kövrəkləşməsi ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Bu proses sümüklərin asanlıqla…

Oxu
Osteoporoz və sümük

Osteoporoz xəstələrinin əsas şikayəti nədir?

Osteoporoz sümük toxumasının sıxlığının azalması və kövrəkləşməsi ilə xarakterizə olunan xroniki skelet xəstəliyidir. Bu xəstəlik uzun müddət simptomsuz…

Oxu
Osteoporoz və sümük

Sümük ağrılarının səbəbi nə zaman endokrinoloji ola bilər?

Sümük ağılarının səbəbləri müxtəlifdir. Bu səbəblərin mühüm bir qismi endokrinoloji səbəblərdir. Bunların içərisində ən başlıcası osteoporozdur. Osteoporoz…

Oxu